Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 3-cü Ayə

Surə 6
Ayə 3

Azərbaycan dilində tərcümə

Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
Əl-Ənam ‏ surəsi , 3-cü ayə
Əl-Ənam ‏ surəsi 3-cü ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 3-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 3

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Göylərdə və yerdə olan Allah Odur. Sizin gizlində və aşkarda olanınızı bilir, əldə etdiklərinizdən xəbərdardır.”
Nöqtələr
Azğın çoxallahlılıq əqidəsinin cavabında (yağış Allahı, döyüş Allahı, sülh Allahı, yer Allahı) ayə buyurur: "Hər şeyin və hər yerin Allahı birdir.”
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "O Öz elmi, qüdrəti, hakimiyyəti ilə bütün məxluqları əhatə edir.” 
Bildirişlər
1. Bütün varlıq aləmi Allahın hakimiyyəti dairəsidir.
2. Allah hakim olduğu kimi də agahdır.
3. İnsanın aşkar və gizlini Allah üçün eynidir.
4. Allahın əhatəli elminə iman həm iş, həm də pis işdən çəkinmək üçün stimuldur.
5. Allah insanın gələcək işlərindən agahdır.