NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Elə ki, onlar üçün haqq gəldi, onu təkzib etdilər. Tezliklə məsxərə etdiklərinin mühüm xəbərləri sorağlarına gələcək.”
Nöqtələr
«Böyük xəbər» dedikdə Məkkənin fəthi və ya müşriklərin Bədr döyüşündə məğlubiyyəti nəzərdə tutula bilər.
Bildirişlər
1. İnadkarlar üçün dəlil və ayənin necəliyinin fərqi yoxdur. Onlar hər şeyi rədd edirlər.
2. İnadkarlar və kafirlər eşitmək, düşünmək və araşdırmaq istəmir, həqiqət bəyan olunan kimi onu inkar edirlər.
3. Həm möminlərə haqq yolda olmaları ilə ümid verilməli, həm də kafirlər acı xəbərlərlə qarşılaşacaqları ilə hədələnməlidir.
4. İstehza kafirlərin daim istifadə etdiyi üsuldur.
5. İstehza üç mərhələdə süqut edir: Arxa çevirmə, təkzib və istehza. Hazırkı iki ayədə həmin üç mərhələyə işarə olunmuşdur.