Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 40-cu Ayə

Surə 6
Ayə 40

Azərbaycan dilində tərcümə

De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»
Əl-Ənam ‏ surəsi , 40-cu ayə
Əl-Ənam ‏ surəsi 40-cu ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 40-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 40

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, əgər doğru deyirsinizsə, Allahın əzabı dünya və axirətdə sizə gəlib çatdıqda nə edəcəksiniz? Yoxsa Allahdan qeyrisinimi çağırarsınız?”
Nöqtələr
İnsan, adətən, rifah və rahatlıq içində yaşadıqda qafil, diqqətsiz olur. Amma qarşıya çıxan çətinliklər qəflət pərdəsini qaldırır və insandakı allahpərəstlik fitrəti oyanır.
Bildirişlər
1. Təbliğ və tərbiyə üsullarından biri qarşı tərəfə ünvanlanan sualdır.
2. Təcrübə göstərir ki, bütün insanlarda (zahirdə küfr etsələr də) allahpərəstlik fitrəti var. Hadisələr və bəlalar zamanı bu fitrət üzə çıxır. İslam peyğəmbərinin vəzifəsi insanların diqqətini onların yatmış fitrətinə yönəltməkdir.
3. Hadisələr və çətinliklər zamanı bütün qəflət pərdələri qaldırılır və insan yalnız Allaha üz tutur. Həmin vaxt başqa məbudlara diqqətsizlik onların puç olması dəlilidir.