Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 41-ci Ayə

Surə 6
Ayə 41

Azərbaycan dilində tərcümə

Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
Əl-Ənam ‏ surəsi , 41-ci ayə
Əl-Ənam ‏ surəsi 41-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 41-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 41

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əksinə, (təhlükə zamanı) yalnız Onu çağırarsınız. Əgər istəsə, Allah Onu çağırmağınıza səbəb olan çətinliyi aradan qaldırar. Allaha şərik güman etdiklərinizi (qiyamət günü) unudarsınız.”
Nöqtələr
Əzabın götürülməsinin səbəbi ya höccətin, dəlillərin tamamlanması məqsədidir, ya da qövmün halının dəyişilməsi. Necə ki, "Yunus” surəsinin 98-ci ayəsində buyurulur: "İman gətirdiklərinə görə onları zillət əzabından azad etdik.”
Bildirişlər
1. İnsan çətin hadisələrlə qarşılaşdığı zaman bütün uydurma məbudlar yaddan çıxır. Bu məbudlar nəinki unudulur, hətta inkar edilir. Digər bir ayədə oxuyuruq: "Müşriklər qiyamət günü and içməklə öz şirklərini inkar edərlər.” 
2. Xalisanə dua qəbul olunur.
3. Allahdan qeyrilərinə ümidsizlik duanın qəbul olmasını sürətləndirir.
4. Duanın qəbulu Allahın hikmətinə, iradəsinə əsaslanır.