Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 65-ci Ayə

Surə 6
Ayə 65

Azərbaycan dilində tərcümə

De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir.» Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.
Əl-Ənam ‏ surəsi , 65-ci ayə
Əl-Ənam ‏ surəsi 65-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 65-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 65

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, O, başınız üstən və ayaqlarınız altdan sizə əzab göndərməyə, müxtəlif qruplar şəklində bir-birinizlə vuruşdurmağa, bir-biriniz vasitəsi ilə savaş və qan axıtmanın acılığını daddırmağa qadirdir. Bax ki, ayələri necə rəngarəng təkrarlayırıq. Bəlkə anlayalar.”