Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 67-ci Ayə

Surə 6
Ayə 67

Azərbaycan dilində tərcümə

(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.
Əl-Ənam ‏ surəsi , 67-ci ayə
Əl-Ənam ‏ surəsi 67-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 67-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 67

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Allah və ya Onun peyğəmbərinin sizə verdiyi) hər bir xəbər üçün vaxt müəyyənləşmişdir və tezliklə biləcəksiniz.”
Nöqtələr
Əvvəlki ayədə deyildi: "Allahın hər tərəfdən sizə əzab nazil etmək qüdrəti var.” Bu ayədə buyurulur: "Əgər inadkar kafirlərə bir əzab gəlmədisə, tələsməyin. Çünki hər bir xəbərin gerçəkləşməsi üçün müəyyən zaman var.”
Bildirişlər
1. Hər bir ilahi xəbərin və proqramın gerçəkləşməsi qətidir, hikmətə əsaslanır və müəyyən zaman üçün nəzərdə tutulmuşdur. (Heç bir hadisə proqramsız, məqsədsiz və təsadüfi deyil.)
2. İman gətirməyə məcbur edilməsəniz də, öz işinizin sonunu, aqibətini düşünün.
3. Tələsik mühakimə yürütməyin, Allahın sizə möhlət verməsini Onun sizdən xəbərsiz olması kimi qəbul etməyin.