Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 72-ci Ayə

Surə 6
Ayə 72

Azərbaycan dilində tərcümə

«Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız.»
Əl-Ənam ‏ surəsi , 72-ci ayə
Əl-Ənam ‏ surəsi 72-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 72-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 72

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Bizə əmr olunub ki,) namazı bərpa edək, Ondan (Allahdan) qorxaq. Hüzurunda hamının məhşur olacağı Odur.”
Nöqtələr
Yetmiş ikinci ayədə dini vəzifələr arasından namaza və əqidələr arasından məada işarə olunmuşdur. Bu, namaz və məadın əhəmiyyətini göstərir.
Bir olan Allaha pərəstişdə aramlıq və təmərküz var. Şirk və çoxallahlıq isə insanda mövqesizlik, giclik yaradır.  Hər hansı bir vicdanlı şəxs etiraf edər ki, bir olan Allah növbənöv tanrılardan üstündür. Allah həm təkdir, həm də razılığında yubanmır. Yalançı məbudlar isə çoxdur, onların hər birinin öz tələbi var və asanlıqla razılaşmırlar.
Bildirişlər
1. Suallar ünvanlamaqla vicdanları hərəkətə gətirək.
2. İnsanın pərəstişdə məqsədi fayda qazanmaq, zərəri dəf etməkdir. Bütlərdə isə belə bir qüdrət yoxdur. Bu baxımdan şirk qeyri-məntiqidir.
3. Xalqın mənfəət meylindən onların təbliğ və tərbiyəsində istifadə edək.
4. Şirk bir növ geriyə addım və etiqadi irticadır.
5. Şirk avaralıq və mövqesizlik səbəbidir.
6. Çaşqınlıqlar qarşısında qəti və aşkar mövqe tutulmalıdır.
7. Allaha təslimçilik öz inkişafımız üçün faydalıdır.
8. Namaz təqva ilə müşayiət olunduqda səmərə verir.
9. Məad və qiyamətə iman insanda təqvanın yaranması amilidir.