Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 1-ci Ayə

Surə 21
Ayə 1

Azərbaycan dilində tərcümə

İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.
Tam Surə

Əl-Ənbiya surəsi 1-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 1

MÖHSÜN QƏRAƏTİ
05.05.2026

İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxa
çevirmişlər!”


Nöqtələr
Sual: Məgər “qəflət” dedikdə bir şeyə diqqətsizlik, “arxa çevirmək” dedikdə
isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə
yanaşı necə işlənmişdir?

Cavab: Qəflət və diqqətsizlik iki növdür:
a) Xəbərdarlıqla aradan qaldırılan qəflət;
b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib
çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir.

İnsanların əksəri məad və Qiyamət hesabından qəflətdə olduğu üçün Allah
bu qəfləti bütün xalqa aid edir. Əlbəttə ki, bütün hallarda insanların bir qismi
istisnadır. Hazırkı surənin 97-ci ayəsində insanlar qəflətdə olduqlarını öz dilləri
ilə etiraf edirlər.

QIYAMƏT GÜNÜ HESAB MƏSƏLƏSINƏ BIR BAXIŞ
Ayələrdən müəyyən nəticələr çıxarılır:
1
“Təfsire-nümunə”.282
1. Bütün insanlar sorğu-suala çəkilər. 
2. Bütün əməllər hesaba çəkilər. 
3. Bütün hallar nəzərdən keçirilər. 
4. İnsanın hər bir bədən üzvü sorğuya çəkilər. 
5. İlahi nemətlər haqqında soruşular. 
6. Bütün işlər - harada olur olsun, nə ölçüdə olur olsun - səhnəyə gətirilər. 
Öncə namaz haqqında soruşular. Gənclik, ömür, qazanc yolu, xüsusi ilə
rəhbərlik və vilayət kimi mühüm məsələlərin hesabı aparılar. Elə bircə bu yetər
ki, Allah özü hesab aparsın. 

Bildirişlər
1. Xalqla hesab aparılması qəti bir məsələdir.
2. Qiyamət və hesab vaxtının uzaq olmasını düşünməyək.
3. Hesab bütün insanlara aiddir.
4. Nizam və hesab kamil həyat şərtləridir. (İnsan təsadüfən yaranmayıb,
məqsədli şəkildə vücuda gətirilib.)
5. İnsanların diqqətini cəlb etmək üçün bəzən sərt və hədələyici halda
danışmaq lazım gəlir.
6. İnsanlar qiyamət sorğusundan qəflətdə olsalar da bu sorğu özü onların
sorağınca gəlir.
7. Etinasızlıqdan doğan qəflət təhlükəlidir.