Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 3-cü Ayə

Surə 21
Ayə 3

Azərbaycan dilində tərcümə

(Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).
Əl-Ənbiya surəsi , 3-cü ayə
Əl-Ənbiya surəsi 3-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 3-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 3

MÖHSÜN QƏRAƏTİ
05.05.2026
Halbuki onların qəlbləri (mənasız şeylərə) məşğuldur. Zülm edənlər
məxfi şəkildə pıçıldaşırlar ki, «görən bu şəxs sizin kimi bir bəşərdir?
Halbuki sehrə doğru getdiyinizi görürsünüz.»”

Bildirişlər
1. Mənasız işlərə məşğulluq insanın diqqətini qiyamət sorğusu kimi mühüm
məsələlərdən yayındırır.
2. Azğın insanlar öz azğınlığına don geyindirirlər.
3. Nə qədər ki, qəlb Allah zikrindən uzaq düşməyib, insan ilahi ayələri
əyləncə saymır.
4. Peyğəmbərin müxalifləri gizlində qurğu qurur, möcüzələri sehr-cadu
sayırlar.
5. Kafirlər həqiqətləri ört-basdır etməklə özlərinə və ətrafdakılara zülm
edirlər.
6. Zalımların peyğəmbərlərə böhtan atması peyğəmbər məktəbinin zülmə
qarşı çıxdığını göstərir.
7. Peyğəmbərlər xalq arasında çox sadə bir həyat yaşamışlar