Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 103-cü Ayə

Surə 21
Ayə 103

Azərbaycan dilində tərcümə

O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür.»
Əl-Ənbiya surəsi , 103-cü ayə
Əl-Ənbiya surəsi 103-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 103-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 103

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“(Həmin günə aid) ən böyük dəhşət onları qəmləndirməz. Mələklər onların görüşünə çıxar. (Deyərlər:) «Bu sizə vəd olunmuş gündür.»”

Bildirişlər

  1. Şərin dəf olunmuş mənfəət əldə etməkdən uzaqdır. Bu səbəbdən də öncə qəm-qüssədən uzaqlıqdan, sonra xeyir əldə olunmasından danışılırlar.

  2. Dünya acılıqları nə qədər böyük olsa da, axirət müsibətləri ilə müqayisədə heç bir şeydir.

  3. Qiyamətdə mələklər insanlarla danışar.

  4. Möminləri qarşılamaq və onlarla görüş mələklərə xas xüsusiyyətdir.

  5. Bu gün dünyanın zalım qüvvələrin əlində olması bizi qəmləndirməsin. Möminlərin də dövrü gəlib çatacaq.

  6. Allahın vədləri qətidir.