Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 105-ci Ayə

Surə 21
Ayə 105

Azərbaycan dilində tərcümə

Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).
Tam Surə

Əl-Ənbiya surəsi 105-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 105

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, Mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”

Bildirişlər

  1. Saleh bəndələrin yer üzünə hakim və varis olması ilahi sünnədir.

  2. Quranın öncə görmələri qətidir.

  3. Quran gələcəkdən xəbər verir.

  4. Gələcək salehlərindir.

  5. Din siyasətdən ayrı deyil.

  6. İbadət təklikdə bəs etmir, saleh əməl də lazımdır.

  7. Yer üzünə varislik və hakimliyin iki şərti var: Allaha bəndəlik və saleh əməl.