Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 104-cü Ayə

Surə 21
Ayə 104

Azərbaycan dilində tərcümə

(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.
Əl-Ənbiya surəsi , 104-cü ayə
Əl-Ənbiya surəsi 104-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 104-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 104

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Bir gün səmanı yazı vərəqləri tək bükərik. Yaranışa başladığımız kimi, onu geri döndərərik. Bu, Bizim öhdəmizdə olan bir vəddir. Biz hökmən (vədimizi) yerinə yetirənik.”

Bildirişlər

  1. Varlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.

  2. Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.

  3. Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.

  4. Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.

  5. Səmadakı bütün dəyişikliklər Allahın istək və iradəsindən asılıdır.

  6. Allah bükülü məxluqları ilkin yaranışda olduğu şəkildə xəlq edəsidir.

  7. İlahi vədlər qətidir və həyata keçəsidir.