NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”
Bildirişlər
Saleh bəndələrin yer üzünə hakimliyi risalət sayəsində əldə olunmuş bir lütfdür. Dünya və axirətdə nəsibimiz olası Peyğəmbər (s) rəhməti ilahi rəhmətdən bir cilvədir.
İslam Peyğəmbərinə (s) nazil olmuş bütün ilahi göstərişlər, o cümlədən cihad, cəza, qisas hökmləri cəmiyyət üçün rəhmətdir.
Allah aləmlərin Rəbbi, Onun rəsulu isə aləmlər üçün rəhmətdir. Yəni gerçək tərbiyə peyğəmbərlərin hidayəti sayəsində mümkün olur.
Peyğəmbər (s) bütün əsrlərdə, bütün məkanlarda bütün insanlar üçün rəhmətdir. Başqa bir peyğəmbərə ehtiyac yoxdur.
Əziz İslam Peyğəmbəri (s) hətta Allaha yaxın mələklər üçün rəhmətdir.
İslamın göstərişləri bütün dünyaya aiddir.
Bir insan Allahın istəyi ilə bütün aləmə təsir göstərə bilər.