Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 109-cu Ayə

Surə 21
Ayə 109

Azərbaycan dilində tərcümə

Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan və xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm.»
Əl-Ənbiya surəsi , 109-cu ayə
Əl-Ənbiya surəsi 109-cu ayə
Tam Surə

Əl-Ənbiya surəsi 109-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 109

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Əgər üz çevirsələr, de ki, «hamınıza eyni şəkildə elan etdim. Mən sizə verilən vədin yaxın və ya uzaq olduğunu bilmirəm.»”

Bildirişlər

  1. Bəzi inadkar insanlar hətta aləmlərə rəhmət olan Peyğəmbərdən (s) belə üz çevirirlər.

  2. İnsan məcbur yox, ixtiyar sahibidir. Bu səbəbdən də hətta peyğəmbərlərin dəvətinə arxa çevirə bilir.

  3. Bütün bəşəriyyətin haqqı qəbul edəcəyini gözləmək olmaz. Peyğəmbərlər də belə bir məqsədə çata bilməmişlər.

  4. Xalqın inadkarlığı və arxa çevirməsi müqabilində məsuliyyətimizdən əl çəkməyək.

  5. Peyğəmbər göstərişləri bütün insanlara eyni şəkildə ünvanlanmışdır. Bu istiqamətdə cins, millət, dil fərqi əhəmiyyət kəsb etmir.

  6. Bilmədiyimiz vaxt aşkar şəkildə “bilmirəm” deyək.

  7. Elmlər birbaşa Allahın müqəddəs zatına məxsusdur.