NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 17
“Əgər əyləncə düzəltmək istəsəydik, Onu özümüz üçün edərdik.”
Nöqtələr
“Lov” kəlməsi ərəb dilində mümkünsüz işlərdən danışılarkən işlədilir. Allah üçün əyləncə mümkünsüz olduğundan burada həmin kəlmə işlədilmişdir. Bu ayələrdə Allah öncə əyləncə yaratmadığını bildirir. Burada “əyləncə istəsəydik, Özümüz üçün edərdik” buyurur. Öncəki “laib”, sonrakı ayədə “ləhv” təbiri işlədilir. Məlum olur ki, “ləhv” və “ləib” sözləri eyni mahiyyət daşıyır. “Əl-mizan” təfsirində oxuyuruq: “Xəyali məqsədlərlə qurulmuş nizamlı bir iş “ləib” adlandırılmışdır. Amma bu sayaq xəyali işlər ciddiləşib insanı əsl məqsəddən uzaqlaşdırdıqda ona “ləhv” deyirlər. Hər iki iş, yəni həm oyun, həm də əyləncə Allahdan uzaq işlərdir.
Bildirişlər
Varlıq aləmi məqsədli yaradılmışdır. (Əgər yaranış məqsədsiz deyilsə, demək ölüm də işin sonu, yoxluq sayılmamalıdır.)
Oyun oynamaq istəyən kəs nəhayətsiz və sirli varlıq aləmi yox, oyun-oyuncaq hazırlayır. Bu varlıq aləminin təkcə hüceyrə və atomları əsrləri və nəsilləri araşdırmalara məşğul etmişdir.
Allah əylənmək istəsəydi belə, onu Öz zatına münasib şəkildə həyata keçirərdi. (Maddi aləmə üz tutmazdı.)
Əgər Allah-təala varlıq aləmini oyun məqsədi ilə yaratsaydı bir bu qədər peyğəmbər göndərməz, halal-haram göstərişi verməz, mükafat və cəza müəyyənləşdirməzdi.