NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 22
“Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy və yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”
Nöqtələr
Bir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizamı yalnız vahid Allah yarada bilər.
Bildirişlər
Yaradanın birdən çox olması mümkünsüz işdir.
Göylərin və yerin Rəbbi birdir. Müşriklər isə göy üçün ayrı, yer üçün ayrı Rəbb nəzərdə tuturlar.
Bir işi bir neçə nəfərin idarə etməsi ziddiyyət və fəsad yaradır.
Batil söz yada salınarkən “sübhanəllah” deməklə Allahı paklığına görə öymək lazımdır.
Allahın təsbihi (pak sayılması) kor-koranə takrarlanmamalı, agahlıq, dəlil və məntiqə əsaslanmalıdır. (Öncə dəlil göstərildi ki, varlıq aləmində iki müdiriyyət olsa, fəsad yaranar, sonra Allaha təsbih deyildi.)