Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 23-cü Ayə

Surə 21
Ayə 23

Azərbaycan dilində tərcümə

O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.
Əl-Ənbiya surəsi , 23-cü ayə
Əl-Ənbiya surəsi 23-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 23-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 23

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”

Bildirişlər

  1. Allah varlıq aləminin həqiqi və mütləq malikidir. Malik öz hökmlərinə görə qınanmır.

  2. Allahdan kimsənin tələbi, alacağı yoxdur. Sorğu haqqı isə tələb və alacağı olan kəsə aiddir.

  3. Allahı yalnız Ondan üstün kəs sorğuya çəkə bilər. Şübhəsiz ki, belə biri yoxdur.

  4. İnsanlar gördükləri işlərə görə məsuliyyət daşıyırlar.

  5. Sorğu və cəza məsuliyyətin ən üstün göstəricisi, azadlığın ən mühüm əlamətidir. (İmam Rzadan (ə) nəql olunmuş hədisdə deyilir: Allah Adəmə (ə) xitabən buyurdu: “Mən istəmişəm ki, sən öz arzunla azad olasan.” Bəli, insan məcburən sorğuya çəkilmir. Çünki məsuliyyət daşımayan və məcbur olmuş şəxsin sorğuya çəkilməsi əqlən qəbahətlidir.)