Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 4-cü Ayə

Surə 21
Ayə 4

Azərbaycan dilində tərcümə

(Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir.»
Əl-Ənbiya surəsi , 4-cü ayə
Əl-Ənbiya surəsi 4-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 4-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 4

MÖHSÜN QƏRAƏTİ
05.05.2026
(Peyğəmbər) dedi: «Mənim Rəbbim göydə və yerdə olan bütün
söhbətlərdən xəbərdardır. O, eşidən və biləndir.»”

Bildirişlər
1. Peyğəmbərlər fitnə-fəsad və böhtanlarla qarşılaşdıqda Allaha təvəkkül
edirlər.
2. Düşmənlər öz fitnə-fəsadlarında məxfiliyi gözləsələr də, Allah hər şeyi
bilir, Onun üçün gizlin və aşkar eynidir.
3. Allahın elminə diqqət insanı fitnə-fəsaddan və gizli qurğulardan
çəkindirir.