NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“(Onların istehzası səni narahat etməsin.) Həqiqətən, əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma məsxərə etdikləri (ilahi vəd) məsxərə edənləri yaxaladı!”
Bildirişlər
Bəşəriyyət tarix boyu peyğəmbərlərdən bəhrələnmişdir.
Kafirlər tarix boyu məsxərə və istehza ilə məşğul olmuşlar.
Başqalarının əziyyətindən xəbərdarlıq əziyyət çəkən insan üçün təskinlik olur.
Kimlərsə məsxərəsinə görə faydalı işdən əl çəkmək olmaz. (Peyğəmbərlər məsxərəyə qoyulsa da, onların ardıcıl gəlişi kəsilmədi.)
İstehza insanı çətinliyə salır.
Günaha görə oxşar cəza verilir.