Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 43-cü Ayə

Surə 21
Ayə 43

Azərbaycan dilində tərcümə

Məgər onların Bizdən başqa (Bizim əzablarımızdan) qoruyacaq tanrıları var? (Xeyr, əksinə, həmin tanrılar) nə özlərinə və bir-birlərinə kömək edə bilərlər və nə də Bizim tərəfimizdən onlara bir sığınacaq və kömək verilər.
Əl-Ənbiya surəsi , 43-cü ayə
Əl-Ənbiya surəsi 43-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 43-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 43

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Bəlkə onları əzabımız qarşısında qoruyacaq tanrıları var? Onlar (saxta tanrılar) özlərinə yardım göstərməyə qadir deyillər və Bizim tərəfimizdən də yardım almazlar.”

Bildirişlər

  1. Allahdan qeyriləri nə özlərini qoruya bilir, nə başqalarına yardım göstərməyi bacarır.

  2. Ehtiyaclı bir varlığa hanı əsasla pərəstiş etmək olar?!

  3. Zatən ehtiyaclı bir varlıq başqa birini ehtiyacsız etməkdə acizdir.