NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Rəbbinin əzabından onlara azca yetişsə, şübhəsiz deyəcəklər: «Vay olsun bizə, həqiqətən, biz zalım olmuşuq.»”
Bildirişlər
Peyğəmbərlərin xəbərdarlıqları ilə oyanmayan kəslər əzab şallağı ilə oyanar. Azca əzab görünən kimi bütün qürurlar sınar, yatmış vicdanlar oyanar.
Zalımlar bir gün öz zülm-sitəmlərini etiraf edəcəklər.
Peyğəmbərlərin xəbərdarlıqlarına biganə qalanlar zalımdırlar.