Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 47-ci Ayə

Surə 21
Ayə 47

Azərbaycan dilində tərcümə

Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
Əl-Ənbiya surəsi , 47-ci ayə
Əl-Ənbiya surəsi 47-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 47-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 47

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Biz Qiyamət üçün ədalət tərəziləri quracağıq. (Həmin gün) bir nəfərə də olsun zülm olunmayacaq. Xardal dənəsi ağırlıqda olsa belə, onu (həmin əməli hesab üçün) gətirəcəyik. Hesabı bizim aparmağımız yetər.”

Bildirişlər

  1. Ölçülməsi mümkün olan hər bir şey, hər bir şəxs və hər bir əməl üçün münasib mizan olacaq.

  2. Allahın hesabı çox dəqiqdir.

  3. Əməllərimiz dünyada məhv olub getmir, Qiyamətdə onlarla üzbəüz dayanasıyıq.

  4. Allah həm alim, həm adil, həm də hesab aparandır.