NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 49
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“O kəslər ki, gizlində Rəbbindən qorxar və o kəslər ki, qiyamətdən çəkinər.”
Bildirişlər
Hər bir peyğəmbərin ayrıca bir kitabla gəlməsi zəruri deyil. Musa və Harun hər biri peyğəmbər olsa da, onların bir kitabı vardı və bu kitab Tövrat idi.
Müəyyən bir yolda ilahi yardımdan faydalanmaq üçün insan bir neçə şeyə ehtiyac duyur: doğru yolu tanımaq, yola işıq salan nur. Məqsədə diqqət.
Peyğəmbərlərin hidayətindən bəhrələnmək üçün təqva ruhiyyəsi əldə etmək lazımdır.
Allah qorxusu və qiyamətə görə nigaranlıq təqva nişanələridir.