NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ
05.05.2026
(Kafirlər) dedilər: «(Məhəmmədin gətirdikləri vəhy yox,) qatışıq
yuxulardır. Ola bilsin ki, dediklərini özündən uydurur. Bəlkə də o bir
şairdir. (Əgər doğru deyirsə,) əvvəl göndərilənlər kimi, o da bizim üçün
möcüzə gətirsin.”
Nöqtələr
“Əzğas” dedikdə toplum, “əhlam” dedikdə isə yuxu mənaları anlaşılır.
“Əzğasu əhlam” təbiri isə qatmaqarışıq yuxular mənasını bildirir.
Kafirlər İslam Peyğəmbərindən (s) Musa və İsanın möcüzələrini
gözləyirdilər. Əsl məqsədləri isə göstərişlərdən boyun qaçırmaq idi. Əslində
möcüzə seçimi xalqın istəklərindən yox, ilahi hikmətdən asılıdır.
Bildirişlər
1. Ziddiyyətli danışıq kafirlərin məntiqsizliyini göstərir.
2. Düşmən bir böhtanla kifayətlənmir. (Onlar zərbə vurmaq üçün bütün
yollardan istifadə edirlər. Əks-təbliğat, ardıcıl böhtanlar düşmənin əsas iş
üsullarındandır.)
3. Düşmən nə qədər böhtan atsa da, daxilən tərəddüddədir.
4. Müşriklər də möcüzəni peyğəmbərlik üçün şərt sayırlar.
5. Xalq hiss üzvləri ilə qavranan möcüzə istəyindədir.