Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 56-cı Ayə

Surə 21
Ayə 56

Azərbaycan dilində tərcümə

Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin və yerin onları yaratmış Rəbbidir (sizin, göylərin və yerin ayrı-ayrı tanrı və rəbbinin olması, Allah-təalanın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm.
Əl-Ənbiya surəsi , 56-cı ayə
Əl-Ənbiya surəsi 56-cı ayə
Tam Surə

Əl-Ənbiya surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“(İbrahim) dedi: «Əlbəttə (həqiqəti deyirəm,) Rəbbiniz göylərin və yerin Rəbbidir, onları vücuda gətirmişdir. Mən (də) bu həqiqətə şahidəm.»”

Bildirişlər

  1. Nəsilbənəsil kor-koranə təqlid nəticəsində yolunu azmış kəslərin haqqı birdəfəyə qəbul etmələri asan iş deyil.

  2. Allahın rübubiyyət və tərbiyəsi təkcə bəşəriyyətə yox, bütün varlıq aləminə aiddir.

  3. Bütün varlıq aləminin bir Rəbbi var. (Bəziləri yanılaraq göylərin, yerin və bəşəriyyətin ayrı-ayrılıqda Rəbbi olduğunu düşünürlər.)

  4. İlahi insanlar öz haqq əqidələri ilə tənha qalmamışlar. Onlar özlərini tarixin təkallahçıları ilə və ilahi mələklərlə bir yerdə görürlər.