Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 78-ci Ayə

Surə 21
Ayə 78

Azərbaycan dilində tərcümə

Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik.
Əl-Ənbiya surəsi , 78-ci ayə
Əl-Ənbiya surəsi 78-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 78-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 78

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Davud və Süleymanı (xatırla). O zaman ki, bir qövmün qoyunlarının əkin sahəsi haqqında hökm verdilər və Biz onların mühakiməsinə şahid idik.”