NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm və elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”
Bildirişlər
Atanın hörməti onun adı övladla yanaşı çəkilərkən də gözlənilməlidir.
Mühakimə peyğəmbərlik şənindəndir.
Peyğəmbərlər xalqın ixtilaflarını həll edəcək həqiqi ünvandırlar.
Hadisədən dəyən zərər bilməyərəkdən baş verdikdə belə ödənməlidir.
Hakim öz işində Allahı şahid və nəzarətçi bilməlidir.
Allahın lütfü olmadan məsələni düzgün anlamaq mümkünsüzdür.
Bəzən ataya əta olunmamış xeyir övlada əta olunur.
Dağların təsbihi kiminsə təsbihinin əks-sədası deyil. Dağlar gerçəkdən təsbih deyir.
Bütün mövcudların, hətta dağların və quşların şüur payı var və onlar Allaha təsbihə məşğuldur.