NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Biz onları Öz rəhmətimizə daxil etdik. Həqiqətən, onlar salehlərdən idilər.”
Bildirişlər
İlahi insanları unutmayaq, onların kamilliklərini nəql edək.
Səbir Allah tərəfindən təriflənilmiş bir xislətdir.
Səbir insanın ilahi rəhmətə qovuşması üçün zəmin yaradır.
İnsan ilahi sınaqlardan müvəffəqiyyətlə çıxdıqdan sonra dərəcə və məqam əldə edir.
İnsan saleh əməl sayəsində ilahi rəhmətdən bəhrələnir.
Səbir və salehlik peyğəmbərlik sifətlərindəndir. Bu sifətlərə malik insanda peyğəmbərlərdən nişan var.