Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 94-cü Ayə

Surə 21
Ayə 94

Azərbaycan dilində tərcümə

Buna görə də kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir və Biz şübhəsiz, onları yazırıq.
Əl-Ənbiya surəsi , 94-cü ayə
Əl-Ənbiya surəsi 94-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Saleh işlər görüb mömin olan kəsin səyi heç vaxt əvəzsiz qalmayacaq. Həqiqətən, Biz onun üçün qeydə alırıq.”

Bildirişlər

  1. Vəhdəti qorumaq saleh əməllərdəndir.

  2. İslamda meyarlar və dəyərlər kompleksi mövcuddur. İstənilən bir şəxsin istənilən bir zamanda gördüyü dəyərli iş mədh olunur.

  3. Əgər bütün xeyirli işləri görmək gücündə deyilsinizsə, heç olmasa imkan çatan işləri yerinə yetirin.

  4. İlahi məqsəd işə dəyər verir.

  5. İlahi dünya görüşündə kimsənin müsbət səyləri cavabsız və nəticəsiz qalmır. (Biz də insanların yaxşılıqlarını nəzərdən qaçırmayaq.)

  6. Əsas məsələ (istək həyata keçməsə də,) xeyir iş üçün çalışmaqdır.

  7. İnsanın əməlləri qeydə alınır, hesab-kitab əsasında mükafat verilir.