Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 98-ci Ayə

Surə 21
Ayə 98

Azərbaycan dilində tərcümə

(Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən siz və Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar və digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız.»
Əl-Ənbiya surəsi , 98-ci ayə
Əl-Ənbiya surəsi 98-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 98-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 98

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“(Onlara deyilər:) «Həqiqətən, siz və Allahdan qeyri pərəstiş etdikləriniz cəhənnəmə yanacaq olacaq, ona daxil olacaqsınız.»”

Bildirişlər

  1. Allahdan qeyrisinə pərəstiş abid və məbudu cəhənnəmə sürükləyir.

  2. Cəhənnəmin yanacağı kafirlər və onların uydurma məbudlarıdır.