NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Xalq arasında eləsi var ki, Allaha yalnız dili ilə pərəstiş edir. (Onun imanı küfrə yaxındır və kiçik bir hadisədən lərzəyə gəlir,) bir xeyir gördükdə Ona (Allaha) əmin olur, müsibətə düşüb sınağa çəkildikdə isə özünü itirir (küfrə doğru gedir. Belə birisi) dünya və axirətdə ziyankardır və bu, həmin aşkar ziyandır.”
Nöqtələr
Ədalətli Allah üçün kiçik bir zülm də böyük sayılar. “Zəllam” sözü bu məqsədlə işlədilə bilər.
Bildirişlər
Allah adildir. Onda qəzəb və ya mərhəmət doğuran bizim öz əməllərimizdir.
Günaha yol verdikdə başqalarını ittiham etməyək. Hər şey özümüzdən asılıdır.
Bəzilərinin imanı mövsümi, səthi olur. Kiçik bir acı və ya şirin hadisə onların imanına təsir göstərir.
Məntiqi əsası olan əqidə və əməl maddi eniş-yoxuşlarla dəyişən əqidə və əməldən fərqlidir. (Dini çörəyə xatir istəməyək.)
İnsan acı və şirin hadisələrin hədəfindədir.
Yoxsulluq və acı hadisələr sınaq vasitələridir.
Allahın yolundan çıxmaq ilahinin şiddətli qəzəbi və cəhənnəm əzabı ilə sonuclanır.