Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 9-cu Ayə

Surə 22
Ayə 9

Azərbaycan dilində tərcümə

(Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.
Əl-Həcc ‏ surəsi , 9-cu ayə
Əl-Həcc ‏ surəsi 9-cu ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 9-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 9

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Təkəbbür və təşəxxüslə xalqı Allahın yolundan azdırmaq istəyir. Onun üçün dünyada rüsvayçılıq var. Qiyamətdə də ona yandırıcı əzab daddırarıq.”

Nöqtələr

“Sani” dedikdə “burmaq”, “itf” dedikdə “çiyin” mənaları anlaşılır. “Saniyə itfihi” təbiri təkəbbür və təşəxxüsə işarədir.

Bildirişlər

  1. Cahil insanları mübahisəyə sövq edən onlardakı qürur və təkəbbürdür.

  2. Günah cəzaya uyğun olur. Təkəbbürlünün cəzası xarlıq, zəlillikdir.

  3. Təkəbbürlü insan elə bu dünyada bədbəxt olur.