Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 11-cü Ayə

Surə 22
Ayə 11

Azərbaycan dilində tərcümə

İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!
Tam Surə

Əl-Həcc ‏ surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Xalq arasında eləsi var ki, Allaha yalnız dili ilə pərəstiş edir. (Onun imanı küfrə yaxındır və kiçik bir hadisədən lərzəyə gəlir,) bir xeyir gördükdə Ona (Allaha) əmin olur, müsibətə düşüb sınağa çəkildikdə isə özünü itirir (küfrə doğru gedir. Belə birisi) dünya və axirətdə ziyankardır və bu, həmin aşkar ziyandır.”

Nöqtələr

Ədalətli Allah üçün kiçik bir zülm də böyük sayılar. “Zəllam” sözü bu məqsədlə işlədilə bilər.

Bildirişlər

  1. Allah adildir. Onda qəzəb və ya mərhəmət doğuran bizim öz əməllərimizdir.

  2. Günaha yol verdikdə başqalarını ittiham etməyək. Hər şey özümüzdən asılıdır.

  3. Bəzilərinin imanı mövsümi, səthi olur. Kiçik bir acı və ya şirin hadisə onların imanına təsir göstərir.

  4. Məntiqi əsası olan əqidə və əməl maddi eniş-yoxuşlarla dəyişən əqidə və əməldən fərqlidir. (Dini çörəyə xatir istəməyək.)

  5. İnsan acı və şirin hadisələrin hədəfindədir.

  6. Yoxsulluq və acı hadisələr sınaq vasitələridir.

  7. Allahın yolundan çıxmaq ilahinin şiddətli qəzəbi və cəhənnəm əzabı ilə sonuclanır.