NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Bəlkə də, çağırdığı kəsin zərəri faydasından çoxdur. O necə pis mövla, necə çirkin yoldaşdır!”
Bildirişlər
Bütün faydalar və zərərlər Allahın əlindədir, ondan qeyrisinin bu sahədə rolu yoxdur.
Allahdan qeyrisinə bağlılıq və şirk ən böyük azğınlıqdır.
Şirkin əqli və məntiqi əsası yoxdur. İnsan ya fayda əldə etmək, ya da zərərin qarşısını almaq üçün pərəstiş etməlidir. Bütlərdə isə fayda vermək və zərəri uzaqlaşdırmaq qüdrəti yoxdur.
Şirkin bütün növləri məhkumdur. Məbudların şüurlu və ya şüursuz olmasının fərqi yoxdur.
Dünyanın ötəri mənafelərinə xatir əbədi axirət zərərləri qazanmayaq.
Zalım hakimlərin, qüvvələrin xalqa xeyirdən çox zərəri var.
Səni Allahdan çəkindirib özünə tərəf çağıran kəslə ünsiyyətdən qaç, onu özünə rəhbər seçmə.