Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 7-ci Ayə

Surə 22
Ayə 7

Azərbaycan dilində tərcümə

Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
Əl-Həcc ‏ surəsi , 7-ci ayə
Əl-Həcc ‏ surəsi 7-ci ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 7-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 7

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“(İnsanın torpaqdan yaranışı, bitkilərin torpaqdan cücərməsi göstərir ki,) həqiqətən, Qiyamət gələsidir və bunda şübhə yoxdur. Allah qəbirdə uyuyan bütün insanları dirildəcək.”

Bildirişlər

  1. İnsan və bitki aləminin yaranışı Allahın haqlılıq nişanəsidir.

  2. Allah heç vaxt yaranışı ölümlə başa çatdırmaz. Çünki haqq olan varlığın mənasız, batil iş görməsi mümkünsüzdür. O öz yaratdıqlarını son məqsədə çatdırmalıdır və ölümdən sonra növbəti mərhələnin mövcudluğu labüddür.

  3. Bir dəfə yaradan ikinci dəfə də yarada bilər.

  4. Həm heçdən yaradan, həm də yaratdıqlarını hökmü altında saxlayan şəxs mütləq qeyd-şərtsiz qüdrət sahibidir.

  5. Məad–ölümdən sonrakı həyat cismanidir.