Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 8-ci Ayə

Surə 22
Ayə 8

Azərbaycan dilində tərcümə

İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.
Əl-Həcc ‏ surəsi , 8-ci ayə
Əl-Həcc ‏ surəsi 8-ci ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 8-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 8

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Xalq arasında eləsi var ki, heç bir biliyi, göstərişi və aşkar kitabı olmadan Allah haqqında mübahisə aparır.”

Bildirişlər

  1. Hamını qınamamağa çalışaq.

  2. Elmə əsaslanan mübahisə pis deyil.

  3. İnsanı müxtəlif yollarla tanımaq olar. Ola bilsin ki, bəzən düşüncə və təhsil yolu səmərə verdiyindən ayədə “heç bir elmi olmadan” təbiri işlədilmişdir. Bəzən də insanın tanınmasında qəlbə verilən ilham son söz deyir. Bu səbəbdən də “heç bir göstərişsiz” təbiri işlədilə bilər. Bəzən də tanışlıq səmavi kitab, vəhy və nübuvvət yolu ilə əldə edilir.