NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ
15.12.2025
"Yalnız İblis səcdə edənlərlə olmaqdan çəkindi.”
Nöqtələr
Allahın ruhunun insana üfürülməsi onun cana gəlib nəfəs alması deyil. Çünki heyvanlar da nəfəs alır. Əslində məqsəd insana yaradıcılıq, iradə, elm kimi sifətlərin əta olunmasıdır. Ruh şərafətlilik baxımından Allaha aid edilir. Məsələn, "Beytullah” dedikdə "Allahın evi” nəzərdə tutulur. Əslində isə Allah evə ehtiyacsızdır və belə bir ad evi şərafətləndirmək xatirinə verilir.
Mələklərin Adəmə səcdəsi rəsmiyyət xatirinə yox, insan nəsli qarşısında təvazö xatirinə idi. Yəni mələklər də bəşəriyyətin xidmətindədir.
Bildirişlər
1. İnsan kamil və biçimli yaradılmışdır.
2. İnsana Allahın ruhu üfürüldüyündən mələklər ona səcdəyə çağırıldılar.
İnsanlığa şərəf ruhudur Onun,
Düşünmə payı var bəzəkli donun.
3. İnsan ikiyönümlü mövcuddur: maddi yönüm və mənəvi yönüm. Onun üçün hər iki yönümdən kamillik var.
4. İnsan Allahın bəzi sifətlərinin təcəlla məhəllidir.
5. Mənəviyyatın maddi bədənə, miniyə ehtiyacı var.
6. Səcdə edənlərlə bir cərgədə dayanmaq istəməyənlərdə İblis ruhu var.
7. Səcdə və rüku dəyər olsa da, başqa namaz qılanlarla birlikdə yerinə yetirilən rüku və səcdə daha kamil dəyərə malikdir.