NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"(Allah) buyurdu: "Elə isə, mələklər cərgəsindən xaric ol. Həqiqətən, sən qovulmuş və rədd olunmuşsan. Şübhəsiz, qiyamət gününədək sənə lənət olacaq.”
Bildirişlər
1. Mühakimə apararkən təkcə öz elminizə istinad etməyin. Günahkarı danışdırın, sual-cavabla onun günahının kökünü, günahkarın ruhiyyəsini aydınlaşdırın. Günahkar öz günahını etiraf etməlidir.
2. Əgər bir insanda təkəbbür ruhiyyəsi yaransa, mühit və digər amillər onun hidayətinə kömək etməz. (İblis mələklər arasında idi və ilahi bir fəzada qərar tutmuşdu. Amma inadkarlıq və təkəbbür səbəbindən rədd olundu.)
3. İrqi ayrıseçkilik İblisə aid düşüncədir.
4. Səcdə etməməkdən də pisi ilahi əmr qarşısında qürur və təkəbbürdür.
5. Günahdan da pisi günaha don geyindirməkdir. (Şeytan öz günahına don geyindirir.)
6. Qürur və təkəbbür qədəm qoyan yerdə ilahi nur və ruhdan əsər qalmaz. Şeytan insanın torpaq heykəlini görmüşdü. Halbuki Allah ilahi ruhu səbəbindən insana səcdə əmri vermişdi.
7. Allahın göstərişləri məcburiyyətə səbəb ola bilməz.
8. Təkəbbür nəinki insanı ucaltmır, əksinə, təkəbbürlü insan alçalır. Təkəbbür səbəbindən insanın öncəki ibadətləri puça çıxır.
9. Allahın aydın əmr və göstərişləri qarşısında araşdırma aparmaq və mövqe bildirmək caiz deyil. "Onun önündə səcdəyə düşün” əmri qarşısında "Onu quru, qara və qoxumuş gildən yaratmısan” etirazı yersizdir.
10. Bir anlıq itaətsizlik və təkəbbür əbədi ixraca səbəb oldu.
11. Təkəbbürlü insan daim Allahın lənətinə düçardır.