Əsas məzmuna keç

Əl-Hicr surəsi - 38-ci Ayə

Surə 15
Ayə 38

Azərbaycan dilində tərcümə

«(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».
Əl-Hicr surəsi , 38-ci ayə
Əl-Hicr surəsi 38-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 38-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 38

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"(Amma qiyamət gününədək yox,) məlum bir günədək.”

Nöqtələr
Şeytan qiyamət gününədək lənətləndiyini anladıqda həmin günədək möhlət istədi. Amma nə üçün möhlət istədiyini bildirmədi. Möhlət vermək Allahın sünnəsi, qanunu olduğundan şeytan da möhlət aldı. Amma istədiyi kimi qiyamət gününədək yox, Allaha məlum olan bir günədək! Bəzi təfsirçilərin nəzərincə, şeytan bəşər və vəzifə olan günədək möhlət aldı.
Bildirişlər
1. Günahkarlara möhlət vermək Allahın qanunudur.
2. Məsləhət olduqda günahkarların da istəyi qəbul olur. Şeytanın möhlət istəyinə müsbət cavab verildi.