NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Həqiqətən, sənə tabe olan azğınlar istisna olmaqla, Mənim bəndələrim üzərində hökmün yoxdur.”
Nöqtələr
Ötən ayədə İblis dedi ki, mən ixlaslı insanlardan savay hamını azdıraram. Allah bu ayədə buyurur ki, xalis bəndələrimə hakim olmamağın Mənim doğru yolum, sünnəmdir. Yəni Allah onları qorumağa Özü zamin dayanmışdır və bu, Onun qanunudur. Şeytan ixlaslılardan kənarda dayanmayıb, sadəcə, onlara bata bilmir.
Sual: Əgər İblis seçilmiş insanlara yol tapa bilmirsə, nə üçün Adəm onun vəsvəsəsi ilə qadağan olunmuş meyvədən yedi?
Cavab: İblisin seçilmiş insanlarda tamahı var və onlara vəsvəsə edir. Amma seçilmiş insanlara yaxşı işi unutdura bilsə də, onları azğınlığa sürükləməkdə acizdir. (Adəmin qadağan olunmuş meyvədən yeməsi "tərki-ovla”, yəni yaxşı bir işdən çəkinmək idi.)
Bildirişlər
1. Allahın təslim olmuş bəndələri üzərində Şeytanın hökmü yoxdur.
2. İnsan öz istəyi ilə İblisin ardınca gedir.
3. Əgər ibadət və təqva vasitəsi ilə Allahın bəndələri zümrəsinə qatılsaq sığortalanmış olarıq.
4. Şeytanın işi hakimlik yox, vəsvəsədir. (Qiyamətdə İblis xalqın etirazına cavab olaraq deyər ki, mənim sizim üzərinizdə hakimiyyətim olmayıb, yalnız sizi dəvət etmişəm.)