Əsas məzmuna keç

Əl-Hicr surəsi - 61-ci Ayə

Surə 15
Ayə 61

Azərbaycan dilində tərcümə

Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
Əl-Hicr surəsi , 61-ci ayə
Əl-Hicr surəsi 61-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 61-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 61

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"Elə ki, (ilahi) mələklər Lut ailəsinin sorağına gəldilər, (Lut) dedi: "Siz tanış olmayan bir qövmsünüz.”

Nöqtələr
"Ğabir” sözünün cəm forması olan "ğabirin” sözü (geridə) qalmış mənasını bildirir. Torpaqdan qalmış hissə (toz) "qubar” adlanır.
Həzrət İbrahim və həzrət Lut mələklərlə ilk görüşdə onları tanımadılar. Bu mələklər xoş çöhrəli gənclər qiyafəsində həzrət Luta qonaq olmuşdular. Həzrət Lut cəmiyyətdəki fəsad səbəbindən bu sayaq qonaqlara görə nigaran oldu.
Bildirişlər
1. Peyğəmbərlərin həqiqi ardıcılları dünya cəzalarından da sığortalanmışlar.
2. Həzrət Lutun zövcəsinin onunla müxalifəti insanın iradə azadlığına yetərli dəlil ola bilər. Bəli, insan mühitin hökmü altında deyil.
3. İqtisadi asılılıq ideoloji mədəniyyət asılığı üçün əsas deyil. (Lutun arvadı Lutun çörəyini yeyir və onun düşüncəsinin əksinə çıxırdı.)
4. Peyğəmbər məktəbində əsas məsələ bağlılıq yox, ləyaqətdir. Göründüyü kimi, Lutun arvadı da Allahın qəzəbinə gəldi. (Ailə bağlılıqları ilahi hədəflərin icrasına mane olmamalıdır.)
5. Ailə işlərində müvəffəqiyyət ictimai işlərdə müvəffəqiyyət şərti deyil. (Lutun arvadı evdə ona müxalif idisə, bayırda Lutu qəbul edənlər vardı.)
6. Peyğəmbərlərin də ailə həyatında nakamlıqlar olub.
7. İlahi insanların hesabı onların ailəsindəki ləyaqətsiz fərdlərin hesabından ayrıdır.
8. Allahın qəhr-qəzəbi və əzabının hesabı və proqramı var.
9. Günahkarların cəzalandırılması ilə bağlı ilahi qanun yaxınla uzağa, qadınla kişiyə, tanınmışla tanınmamışa fərq qoymur.
10. Qeyb elmi peyğəmbərin öz əlində deyil. (Həzrət Lut mələkləri tanımadı.)