NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Bu qəti əmri Luta çatdırdıq: Sübh çağı bu qrupun kökü kəsilər.”
Nöqtələr
Quranda dəfələrlə bəyan olunur ki, kafirlər ilahi əzabın tezləşməsi istəyi ilə peyğəmbərə müraciət edirdilər. Onlar bütün xəbərdarlıqları zarafat sayır, Allahın istər dünya, istər axirətdə əzab verəcəyinə şübhə ilə yanaşırdılar. Allah bu ayələrdə bəyan edir ki, kafirlərin şübhə etdikləri qəhr-qəzəb hökmən gələcək.
"Qətə” sözünün cəm forması olan "qitin” sözü "gecənin ötüb keçmiş əsas hissəsi” mənasını bildirir.
Bildirişlər
1. Allahın xəbərdarlıq və hədələrini zarafat saymayın.
2. İlahi cəzalar haqq-ədalətə və günahkarların əməlinə əsaslanır.
3. Kafirlərin qəflətindən möminlərin qurtuluşu üçün istifadə edin.
4. Döyüş və hicrət zamanı rəhbər xalqın ən zəif hissəsi ilə yanaşı hərəkət etməlidir ki, mömin dəstədən geri qalmasın, düşmən dəstəyə isə qoşulmasın.
5. Qəti, ciddi və irəliyə doğru hərəkət etmək lazımdır.
6. Peyğəmbərlər Allahın nəzəri və göstərişi altında hərəkət etmişlər.
7. Mühüm hadisələr zamını Allahın lütfü köməyə ləhzə-ləhzə gəlir.
8. Allah kafirləri həlak etməmiş peyğəmbərləri xəbərdar edir.
9. Allah bir anda bir tayfa və dəstəni məhv etməyə qadirdir.