Əsas məzmuna keç

Əl-Hicr surəsi - 76-cı Ayə

Surə 15
Ayə 76

Azərbaycan dilində tərcümə

Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
Əl-Hicr surəsi , 76-cı ayə
Əl-Hicr surəsi 76-cı ayə
Tam Surə

Əl-Hicr surəsi 76-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 76

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"O məmləkət (viranlıqları) yol kənarında qərar tutub. Həqiqətən, bu macərada möminlər üçün aydın nişanələr var.”

Nöqtələr
"Mutəvəssim” dedikdə ən kiçik əsərdən həqiqəti dərk edən, yəni fərasətli və agah insan nəzərdə tutulur. Rəvayətlərdə bildirilir ki, "mutəvəssimin” dedikdə Peyğəmbər (s) və onun Əhli-beyti nəzərdə tutulmuşdur.
Bir şəxs imam Sadiqə (ə) dedi: "Bir məsələm var.” Həzrət buyurdu: "İstəyirsənmi nə soruşacağını deyim?” Həmin şəxs təəccüblə soruşdu: "Zehnimdə nə olduğunu haradan bilirsiniz?” Həzrət buyurdu: "Bittəvəssum”, sonra hazırkı ayəni tilavət etdi.
Ola bilsin ki, ayədə Allahın qəhr-qəzəbinin təkcə Lut qövmünə aid olmaması nəzərə çatdırılır. Bildirilir ki, Allahın qəhr-qəzəbi tarixin bütün cinayətkarları üçün sabit bir sünnə, qanundur.
Bildirişlər
1. Tarixi hadisələrdə düşüncəli möminlər üçün nişanələr, adi möminlər üçün nişanə var.
2. Keçmiş qövmlərin əsərləri və qalıqlarının hifzi gələcəkdəkilər üçün ibrətdir.