Əsas məzmuna keç

Əl-Hicr surəsi - 79-cu Ayə

Surə 15
Ayə 79

Azərbaycan dilində tərcümə

Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
Əl-Hicr surəsi , 79-cu ayə
Əl-Hicr surəsi 79-cu ayə
Tam Surə

Əl-Hicr surəsi 79-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 79

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"Belə ki, onlardan intiqam aldıq. Həqiqətən, (viran olmuş) bu iki məntəqə gözləriniz qarşısında aşkardır.”

Nöqtələr
"Əykə” dedikdə meşə, sıx ağaclıq nəzərdə tutulur. Əykə əshabı isə həzrət Şüeybin qövmüdür. Bu iki qövm Hicaz və Şam arasında saf suyu və havası, sıx ağacları olan bir məntəqədə yaşayırdı.
Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Mədyən əshabı və Əykə əshabı iki ümmət idi. Şüeyb hər iki əshabın peyğəmbəri idi. Bu ümmətlərin hər ikisi küfr etdi. Amma müxtəlif əzaba düçar oldular.
Bizim Allahdan tələbimiz yoxdur və Onun verdikləri haqq yox, bəxşişdir. İlahi cəza isə belə deyil. Allahın qəhr-qəzəbini gətirən öz günahlarımız olduğundan haqqımız olan cəzadan danışılarkən "intiqam” sözündən istifadə olunur.
Bildirişlər
1. Sitəmkarlar bilsinlər ki, onların zülm-sitəmindən tarix boyu başqalarına danışılasıdır.
2. Yol çəkərkən çalışaq ki, tarixi hadisələrdən danışan yerlər müsafirlərin gözləri qarşısında olsun.