Əsas məzmuna keç

Əl-Hicr surəsi - 96-cı Ayə

Surə 15
Ayə 96

Azərbaycan dilində tərcümə

Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
Əl-Hicr surəsi , 96-cı ayə
Əl-Hicr surəsi 96-cı ayə
Tam Surə

Əl-Hicr surəsi 96-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 96

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Allahla yanaşı başqa məbud qərar verənlər tezliklə həqiqəti anlayacaqlar.”
Nöqtələr
«Səd» dedikdə yarmaq, aşkar etmək mənası başa düşülür.
Möhtərəm Peyğəmbər (s) 3 il xalqa gizli şəkildə təbliğ etdi. "Sənə əmr olanı aşkarla” ayəsi nazil olduqdan sonra o öz dəvətini aşkarlayıb xalqa buyurdu: "Əgər mənim dəvətimi qəbul etsəniz, dünya və axirətin hökumət və izzəti sizindir.” Amma onlar həzrəti məsxərəyə qoydular və Peyğəmbərin (s) əmisi Əbu-Talibin yanına gedib şikayət etdilər ki, Məhəmməd bizim cavanlarımızı aldadır. Onlar Peyğəmbərə (s) dəvətindən əl çəkməsi müqabilində pul, qadın və məqam təklif etdilər. Həzrət Peyğəmbər (s) öz əmisinə buyurdu: "Əmican, mənim sözüm ilahi vəhydir və heç vaxt bundan əl çəkmərəm!” Kafirlər Əbu-Talibdən Məhəmmədi (s) satın almaq istəsələr də, Əbu-Talib onların bu istəyini qəbul etmədi.
Bildirişlər
1. Təbliğin mərhələləri var. Təbliğ bəzən aşkar, təqiyyə üçün məxfi olur.
2. Təbliğatçı müxaliflərin hay-küyünə məhəl qoymamalıdır.
3. Bir insana ağır iş tapşırarkən onu himayə və təmin etməlisiniz.
4. Allahın himayəsi qətidir.
5. Haqq və məntiqi söz heç vaxt müxalifsiz olmur.
6. Əgər onlar səni məsxərəyə qoysalar, nigaran olma, çünki onlar Allahın da hörmətini saxlamırlar.
7. Allahdan qeyrilərinin sorağınca gedənlər öz səhvlərini anlayacaqlar.