Əsas məzmuna keç

Hud surəsi - 118-ci Ayə

Surə 11
Ayə 118

Azərbaycan dilində tərcümə

Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi)(buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
Hud surəsi , 118-ci ayə
Hud surəsi 118-ci ayə
Tam Surə

Hud surəsi 118-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 118

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Əgər Rəbbin istəsəydi, bütün xalqı (məcburi surətdə) vahid bir ümmət
qərar verərdi. Onlar hələ də ixtilafdadırlar.”


Nöqtələr
◘Qur`ani-məciddə insanların əqidə seçimində azad olmaları məsələsi dəfələrlə
qeyd olunmuşdur. Allah xalqı doğru yola hidayət etsə də, onlar məcbur olunmur.
İslam peyğəmbərinə (s) də xalqı məcbur etmək haqqı verilməmişdir. Həzrətin
vəzifəsi xalqa haqqı xatırlatmaq və doğru yolu göstərmək olmuşdur.
 Buna görə də Allah təqva və günah yolunu insanın fitrəti dərk edəcək bir yolla çatdırmışdır.
Bundan əlavə, cəmiyyətə peyğəmbərlər göndərilmiş, insanlar doğru yola də`vət
edilmişlər. Yolunu öz istəyi ilə əyən insan özüdür.
Bildirişlər
1. İnsanın yaranışındakı ilahi sünnə əqidə və düşüncə azadlığına əsaslanır.
2. Allahın iradəsinə qarşı çıxmaq mümkünsüzdür.
3. Heç bir dövrdə insanlar həmfikir olmamışlar.
4. İnsanlar arasındakı ixtilaf onların azad olduğunu göstərir.