Əsas məzmuna keç

Hud surəsi - 120-cu Ayə

Surə 11
Ayə 120

Azərbaycan dilində tərcümə

Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.
Hud surəsi , 120-cu ayə
Hud surəsi 120-cu ayə
Tam Surə

Hud surəsi 120-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 120

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Peyğəmbərlərin sənə danışdığımız hər bir əhvalatı qəlbini
möhkəmləndirmək üçündür. Bunda (bu xəbərdə) sənin üçün həqiqət, iman
əhli üçün öyüd-nəsihət var.”


Bildirişlər
1. Tarixin mühüm dönəmlərinin nəqli tərbiyə üsullarındandır.
2. Peyğəmbərlərin əhvalatının bəyanı tərbiyəvi əhəmiyyətə malikdir. Bu
əhvalatlarda gərəksiz söz və nöqtə yoxdur.
3. Qur`anda qeyd olunan əhvalatlar peyğəmbərlərin həyatından götürülmüş
seçmələrdir.
4. Qur`an əhvalatları əyləncə üçün yox, öyüd-nəsihət üçündür.
5. Əhvalatlarda dəyərli sətirlərə diqqət yetirilməlidir.
6. Qəlbdə aramlıq yaradan əhvalat ən yaxşı əhvalatdır.
7. Qəlblərə aramlıq verən Allahdır.
8. Peyğəmbərlərin də ruhuna qüvvət verilməlidir.
9. Gerçək və daimi aramlıq batil yolla əldə olunmur.
10. Yalnız arxayın təbliğatçı öz təbliğ və moizəsində müvəffəqdir.
11. Bütün Qur`an əhvalatları həqiqətdir və dəlil-sübutludur.
12. Təbliğdə öncə aramlıq, sonra dəlilli kəlam, daha sonra moizə gəlir.
13. Ən yaxşı tərbiyə üsulları belə hazırlıqlı insanlara tə`sir göstərir.