Əsas məzmuna keç

Hud surəsi - 14-cü Ayə

Surə 11
Ayə 14

Azərbaycan dilində tərcümə

Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!
Hud surəsi , 14-cü ayə
Hud surəsi 14-cü ayə
Tam Surə

Hud surəsi 14-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 14

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər sizə (kömək istəyinizə) cavab verə bilməsələr, bilin ki, nazil olan şey Allahın elminə əsaslanır və Ondan başqa məbud yoxdur. (Bu halda) təslim olursunuzmu?!”
Nöqtələr
Kafirlər Peyğəmbərə (s) böhtan atırdılar ki, o, Quranı başqa birindən öyrənib.  Quran onlara cavab verir ki, bu kitabın qaynağı başqalarının dediyi yox, ilahi elmdir. Bəzən də deyirdilər ki, Quran onun öz sözləridir, amma başqaları ona kömək etmişlər.  Bu ayə bütün böhtanlara cavab verir.
Bildirişlər
1. Quranın qaynağı Allahın sonsuz elmidir.
2. Quran bəşərə məxsus ehtimal, fərziyyə, xəyal və düşüncə deyil. Bu kitab Allahın elminə əsaslanır.
3. Quran ilahi elmə əsaslandığından zaman, məkan, irq və nəsil kimi məhdudiyyətləri tanımır.
4. Quranın sirləri Allahın sonsuz elmi kimi tükənməzdir.
5. Düşmənlərin küfr və tərəddüdü sizi Allahın birliyi və Quran ilə bağlı şübhəyə salmasın.