Əsas məzmuna keç

Hud surəsi - 16-cı Ayə

Surə 11
Ayə 16

Azərbaycan dilində tərcümə

Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.
Hud surəsi , 16-cı ayə
Hud surəsi 16-cı ayə
Tam Surə

Hud surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar qiyamətdə oddan savay bir şeyi olmayanlardır. Dünyada hazırladıqları şeylər havaya sovruldu. Gördükləri əməllər batil və səmərəsiz olacaq.”
Nöqtələr
Vəzifəsi ibadət olan və bu işi Allaha yaxınlıq məqsədi ilə yerinə yetirməli olan insan uyğun məqsədi gizləmədikdə gördüyü işlər batildir. Allaha yaxınlıq qəsdi olmadan və dünya üçün görülən işlərin isə nəticəsi yalnız dünyaya aiddir və bu əməl qiyamətdə puça çıxar.
Peyğəmbərin (s) ətrafındakılardan biri bir qadına nəzər salıb ona əl uzatdı. Getdiyi yolda uçulan divar onun üz-gözünü yaraladı. Həzrət Peyğəmbər (s) bu əhvalatı eşidib buyurdu: "Allah səni dünyada cəzalandırdı ki, axirətdə əziyyət çəkməyəsən. Bəzi fərdlərin isə əməllərinin mükafatı bu dünyada verilir ki, axirətdə bir tələbləri olmasın.” 
Həzrət Əli (ə) bu ayəni tilavət edərkən buyurmuşdur: "Bir qığılcımı yerə düşdükdə bütün cücərtiləri yaxıb-yandıran oda necə səbir edim?!” 
Bildirişlər
1. Axirətdə dünyapərəstlərin əli boşdur.
2. Dünya üçün, riyakarlıqla görülən işlər axirətdə puça çıxır.