NUR TƏFSİRİ: Hud surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Müxaliflər) dedilər: "Ey Nuh, sən həqiqətən bizimlə çox höcətləşdin. (Artıq yetər.) Əgər doğru deyirsənsə, bizə vəd etdiyini qarşımıza çıxar.”
Nöqtələr
Mübahisə haqqa əsaslandıqda dəyərlidir. Batilə əsaslanan mübahisə dəyərlərə ziddir.
Bildirişlər
1. Peyğəmbərlər öz dəvətlərində möhkəm və ardıcıldırlar.
2. Düşmən haqqın məntiqini höccət adlandırır.
3. Allahın verdiyi möhləti haqlı olmağımızın nişanəsi saymayaq.
4. İnsan hətta əzabın nazil olmasına tələsir.
5. Kafirlər əzaba hazırlıqlarını bildirdikdən sonra həzrət Nuh onları lənətlədi.
6. Kafirlər məntiqə əsaslanmadıqlarından və məntiqi sözləri qəbul etmədiklərindən müzakirələri saxlamaq istəyirlər.
7. Nuh kafirlərə ardıcıl şəkildə əzab vəd edirdi.
8. Kafirlər ya peyğəmbərlərin sədaqətinə şəkk edir, ya da onların dediklərini şübhə altına alırdılar.